Məmməd-Quliyev Azərbaycan Aİ ilə arasında yeni strateji sazişin hazırlanmasından danışdı


Digərləri 22 İyn 2018 12:32:50 236 0

Məmməd-Quliyev Azərbaycan Aİ ilə arasında yeni strateji sazişin hazırlanmasından danışdı

Azərbaycan Avropa İttifaqı ilə yeni strateji sazişin hazırlanması ilə bağlı danışıqlar aparır.

Bakı. Hüseyn Vəliyev - Azərbaycan Avropa İttifaqı ilə yeni strateji sazişin hazırlanması ilə bağlı danışıqlar aparır. Trend-in məlumatına görə, bunu Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiyasında GEANT multigiqabit şəbəkəsinin roluna həsr olunmuş tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib. O bildirib ki, Azərbaycanla Avropanın əməkdaşlığı müsbət səviyyədə davam edir: “Söhbət strateji vacib sənəddən gedir. Bu, üç hissədən ibarətdir: siyasət və təhlükəsizlik, ticarət və investisiyalar, üçüncüsü, sektoral istiqamət. Bu, öz növbəsində, energetika, iqtisadiyyat, nəqliyyat, elm və digər sahələri əhatə edir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin