Binəqədidə “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilib (FOTO)


Digərləri 22 İyn 2018 12:36:29 221 0

Binəqədidə “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilib (FOTO)

YAP Binəqədi Rayon təşkilatının konfrans zalında “26 iyun - narkotiklərlə mübarizə günü” ilə əlaqədar “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.

Bakı. YAP Binəqədi Rayon təşkilatının konfrans zalında “26 iyun - narkotiklərlə mübarizə günü” ilə əlaqədar “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Vasif Quliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Dövlət Təhlükəsizlik Xidmətinin Binəqədi Rayon İdarəsinin rəis müavini Famil Məmmədov, Binəqədi Rayon Prokurorunun köməkçisi Nilüfər İslamzadə, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi Rayon Polis İdarəsinin Narkomaniya ilə Mübarizə bölməsinin əməkdaşı Elnur Kərimov, həkim-narkoloq Bəhrəm Əhməzov, rayonun tam orta məktəblərinin psixoloqları, səhiyyə işçiləri, bələdiyyələrin ictimai-humanitar sektorların rəhbərləri və içtimai birliklərin rəhbərləri iştirak edib. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbiri açaraq bildirib ki, artıq uzun müddətdir narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir: "Təəssüflə qeyd etməliyik ki, ağ ölüm adlandırılan bu bəlanın qurbanları bütün dünyada durmadan artır".