Baş nazir: "Azərbaycan Qərblə sıx əməkdaşlıq yolunu tutub və bu günə qədər də öz mövqeyini dəyişməyib"


Digərləri 22 İyn 2018 11:06:45 241 0

Baş nazir: "Azərbaycan Qərblə sıx əməkdaşlıq yolunu tutub və bu günə qədər də öz mövqeyini dəyişməyib"

Azərbaycan Qərblə sıx əməkdaşlıq yolunu tutub və bu günə qədər də öz mövqeyini dəyişməyib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Baş nazir Novruz Məmmədov CAMCA regional forumunda çıxışı zamanı deyib.

N.Məmmədov bildirib ki, Azərbaycan dünyanın ən mürəkkəb və ən mühüm yerində, Şərqlə Qərbin, İslamla xristianlığın qovuşduğu yerdə yerləşir: "Azərbaycan həm insan resursları, həm də təbii sərvətlər baxımından zəngin ölkədir".

Baş nazir Azərbaycanın Qərblə, Avropa ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilən layihələrdən də danışıb: