Helikopter və təyyarələr yenə Bakı səmasında


Digərləri 22 İyn 2018 10:42:00 333 0

Helikopter və təyyarələr yenə Bakı səmasında

Azərbaycan Hərbi Hava Qüvvələrinin helikopter və təyyarələri Bakıda keçiriləcək hərbi paradın məşqlərini davam etdirir.

Son.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında aviasiya vasitələri Bakı səmasında növbəti uçuşlar edib.

Məşqlər Azərbaycan bayrağı və Heydər Əliyevin portretini daşıyan iki helikopterin uçuşu ilə başlayıb.