"Instagram" servisinin auditoriyası 1 milyarda çatıb


Digərləri 22 İyn 2018 07:21:00 327 0

"Instagram" servisinin auditoriyası 1 milyarda çatıb

Foto və videoların mübadiləsi üçün "Instagram" xidmətinin istifadəçilərinin sayı 1 milyard olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda xidmətin saytında məlumat verilib. "Instagram" - indi 1 milyard istifadəçini birləşdirən qlobal bir cəmiyyətdir. "Biz 2010-cu ildən etibarən cəmiyyətimizin inkişafı üçün mümkün olan hər şeyi etmişik. Bu, bizim üçün böyük nailiyyətdir, hamınıza təşəkkür edirik!"- deyə məlumatda bildirilir.