Amerikalı reperin qatili tutuldu


Dünya 21 İyn 2018 23:19:00 314 0

Amerikalı reperin qatili tutuldu

ABŞ-da məşhur reper "XXXTentacion"u qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu haqda TMZ məlumat yayıb.

Saxlanılan şəxs əvvəllər məhkumluğu olan 22 yaşlı Dedrik Di Uilyamsdır. Bundan əvvəl qanunsuz silah və narkotik vasitə saxlama, silahlı hücum, avtomobil qarəti və ailə məişət zəminində zorakılıq maddələri üzrə mühakimə olunub.