Arıqlamağa kömək olan hüceyrə kəşf olundu


Digərləri 21 İyn 2018 22:49:00 394 0

Arıqlamağa kömək olan hüceyrə kəşf olundu

Alimlər gəmiricilərin orqanizmində yeni piy hüceyrələrinin artımını idarə edən xüsusi hüceyrə qrupu aşkarlayıb. Bu hüceyrələrin manipulyasiya edilməsi arıqlama üçün ən effektiv metoda çevrilə bilər.

Son.az oxu.az-a istinadən bildirir ki, bu haqda "Nature" jurnalında dərc olunan elmi məqalədə deyilir.

"Piyin formalaşma sürətinə nəzarət təkcə insanın metabolizmini yaxşılaşdırmayacaq, eyni zamanda qocalma prosesini ləngitməyə kömək olacaq, belə ki, bizim bədənin bir çox toxumaları yaş ötdükcə özündə piy toplayır. Bu hüceyrələrlə bağlı yeni kəşfləri səbirsizliklə gözləyirik", - deyə Lozanna şəhərinin Federal politexnik məktəbinin alimi Bart Deplanke bildirib.

Son illər alimlər pəhrizlə yanaşı müxtəlif hormonlar və siqnal molekulları ilə kök insanların artıq çəkidən qurtulmasına kömək etməyə çalışır.  Siçanlar üzərində aparılan son eksperimentlər göstərib ki, buna adi piy hüceyrələrini "qonur hüceyrəyə" çevirməklə də nail olmaq olar.

Qonur piy adətən körpələrin və azyaşlı uşaqların toxumalarında yer alır və kalorinin tez şəkildə yandırmaq və bədəni isitmək funksiyasını daşıyır. İnsan yaşlandıqca qonur piy yoxa çıxır. Yetkin insanın orqanizmində ağ piy üstünlük təşkil edir və bir növ qidalı maddələrin "anbarı" rolunu oynayır.

Deplanke və onun həmkarları siçanlarda yenidən qonur piylərin formlaşamasına yol açan və piyin artımı prosesinə nəzarət edən hüceyrələri kəşf edib.