Gözəl əxlaq 10 məqamı


Digərləri 21 İyn 2018 22:10:00 320 0

Gözəl əxlaq 10 məqamı

Həzrət Peyğəmbərin (s) gözəl sifətləri çox idi, ancaq onların arasından Quran məhz Həzrətin hüsnü əxlaqına diqqət etmiş və onu mədh etmişdir. "Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən". ("Qələm" 4).

Bu yolla Quran demək istəyir ki, bütün gözəl sifətlərin başında hüsnü-əxlaq durur. Gözəl əxlaqla bağlı Məsumların (ə) kəlamlarına diqqət edək.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: "Necə də çoxdur o əzizlər ki, pis əxlaqlarına görə zəlil olurlar və zəlillər ki, hüsni əxlaqına görə əziz olurlar".

İmam Həsən (ə) buyurur: "Xoş əxlaq hər bir yaxşı işin bağlanğıcıdır".

Həzrət Peyğəmbər (s) buyurur: "Hüsni əxlaq odur ki, əgər müvəffəq olsan razı olasan, əgər olmasan əsəbləşməyəsən".

İmam Əli (ə) buyurur: "İnsan gözəl əxlaqı sayəsində oruc tutan namazqılanların dərəcəsinə çatar".