Futbol infarkta səbəb ola bilər


Digərləri 21 İyn 2018 21:35:00 244 0

Futbol infarkta səbəb ola bilər

Futbol matçını izləyən insanlarda ürəyə düşən gərginlik artır ki, bu da ürəyi zəif olan, yaşlı insanlarda ürək tutmasına və infarkta səbəb ola bilər.

İşveçrə alimləri sübut edir ki, böyük futbol yarışmaları zamanı bütün dünyada ürək tutmaları və infarkt halları xeyli artır.

Mütəxəssislər vurğulayır ki, stadionlar, kafe, barlar və s. bu kimi kütləvi yerlərdə futbolu izləyən insanlarda ürək tutmasının riski evdə futbola baxan insanlarla müqayisədə daha çoxdur. Futbolu izləyərkən enerji və spirtli içkiləri içmək, çoxlu yemək də bu riski artırır.