Yol kənarında "yanacaq bazarı"


Digərləri 21 İyn 2018 21:24:00 371 0

Yol kənarında "yanacaq bazarı"

Bəzi bölgələrdə yol kənarlarında plastik qablarda benzin və digər neft məhsulları satılır. Xüsusilə də isti havalarda həmin qablardakı benzinin keyfiyyəti aşağı düşdüyündən avtomobilin bəzi detallarını sıradan çıxara bilər. Mütəxəsislər sürücülərə saxlanma şəraitinə və keyfiyyətinə nəzarət edilən benzin almağı tövsiyyə edirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yol kənarlarında plastik qablarda satılan benzin saatlarla günəş şüalarının altında qalır.

Bəzi bölgələrdə yol kənarlarında bu mənzərəni görmək mümkündür. Plastik qablarda satılan benzinin qiyməti nisbətən baha olsa da, xüsusilə də yanacaqdoldurma məntəqələrinin olmadığı yerlərdə buna tələbat var.

Benzin isə xüsusi depolarda deyil, nisbətən iri plastik qablarda saxlanılır. Bu isə təhlükəsizliklə bağlı ciddi suallar doğurur.


Xəbərə aid video