Maştağada cinayət törədən şəxs saxlanıldı:


Digərləri 21 İyn 2018 20:57:00 284 0

Maştağada cinayət törədən şəxs saxlanıldı:

Bakıda ağır cinayət olub. Marketdə işləyən gənclər arasındakı dava bir nəfərin ölümü, bir nəfərin isə ağır yaralanması ilə sona çatıb. Hadisə gecə Sabunçu rayonunda baş verib.

Satıcı ilə kassir arasında düşən mübahisə ağır cinayətlə sona çatıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, satıcı kassiri bıçaqlayaraq qətlə yetirib. Ağır cinayət gecə saatlarında Bakının Sabunçu rayonu Maştağa qəsəbəsindəki böyük marketlərdən birinin yaxınlığında baş verib.

Daxili İşlər Nazirliyindən verilən mlumata görə, satıcı işləyən Surxay Əliyev işdən sonra marketin yaxınlığında iş yoldaşı kassir olan Vüqar Hüseynzadə ilə mübahisə edib. Mübahisə zamanı Surxay ona bir neçə bıçaq zərbəsi vurub. Bu zaman yaxınlıqda olan Kənan Səlimov onları ayırmaq istəsə də o, da bıçaq xəsarəti alıb.

Ağır yaralı Vüqar Hüseynzadə çətinliklə də olsa marketin qarşısına gəlib. Amma o, çox qan itirdiyində elə orda da dünyasını dəyişib. Ağır yaralı Kənan Səlimov isə dərhal şahidlər tərəfindən xəstəxanaya aparılıb.


Xəbərə aid video