Qanunsuz süni göllər yaradanlar 85 min manat cərimələndi VİDEO


Digərləri 21 İyn 2018 20:58:00 383 0

Qanunsuz süni göllər yaradanlar 85 min manat cərimələndi  VİDEO

Ölkə ərazisindəki qanunsuz süni balıq gölləri araşdırılır. Hansı ki, həmin gölməçələrdən uzun illərdir balıq yetişdirilməsi və ovlanması üçün istifadə edilir. Nəticədə həmin gölməçələrin ərazilərinə aid torpaq sahələrinin münbit qatı bilavasitə korlanmaqla yanaşı, ətraf ərazilərdə qurunt suyunun səviyyəsinin qalxması nəticəsində yüzlərlə hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri şorlaşmaya məruz qalır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ölkədə torpaq qanunvericiliyinin tələbləri pozulmaqla yaradılan süni balıq göllərinin təhlili aparılıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin bu sahədə həyata keçirdiyi tədbirlər nəticəsində respublika üzrə ümumilikdə 529 balıq gölü müəyyən edilib və onlar barəsində məlumat bankı yaradılıb. Monitorinqlər nəticəsində mövcud torpaq qanunvericiliyi pozulmaqla yaradılan süni göllər ləğv edilib. Nəticədə 100 hektarlarla torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb.

Torpaqların idarə edilməsi dövlət agentliyinin direktoru bildirib ki, hazırda 382 təbii və süni göl fəaliyyət göstərir. Bunlardan 33-ü təbii, 349-u isə süni balıq gölləridir. Mohuma Herçiyevin sözlərinə görə, bu göllərin əksəriyyəti kənd təsərrüfatı təyinatlı torpaq sahələrində, o cümlədən dövlət fondu qış otlaq sahələrində yaradılıb.


Xəbərə aid video