Gəncə Mall-da “CinemaPlus” kinoteatrının rəsmi açılışı baş tutub (FOTO)


Digərləri 21 İyn 2018 20:32:00 284 0

Gəncə Mall-da “CinemaPlus” kinoteatrının rəsmi açılışı baş tutub (FOTO)

Gəncənin ən böyük ticarət-əyləncə mərkəzi – “Gəncə Mall”da “CinemaPlus” premium kinoteatrının rəsmi açılışı baş tutub.

Bakı. Gəncənin ən böyük ticarət-əyləncə mərkəzi – “Gəncə Mall”da “CinemaPlus” premium kinoteatrının rəsmi açılışı baş tutub. Trend-in məlumatına görə, açılış günü kinoteatr xüsusi dekorasiya ilə bəzədilib. Qonaqlar üçün klassik musiqi müşaiyəti altında furşet təşkil olunub. Açılışda “CinemaPlus” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə şurasının üzvü və Biznesin inkişafı departamentinin rəisi Zaur Darabzadə, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə şurasının üzvü və Repertuar planlaşdırılması departamentinin rəisi, “Cinemazadeh” kino şirkətinin baş prodüsseri və “Cinema Distrubution” yayım şirkətinin baş direktoru Cəfər Axundzadə çıxış ediblər. Tədbirin rəsmi hissəsindən sonra Heydər Əliyev fondunun dəstəyi ilə, rəhbəri və baş prodüseri Arzu Əliyeva olan, “Bakı Media Mərkəzinin” Azərbaycanın uzun illərdən sonra yenidən müstəqillik qazanmağı haqqında bəhs edən “Son İclas” sənədli filmi nümayiş olunub. Tədbirin növbəti hissəsində isə qonaqlar “Cinema Distribution” şirkətinin təqdim etdiyi “Kəklikotu” filmini izləyiblər.