Zərdabda ağır yol qəzası:


Digərləri 21 İyn 2018 20:24:00 363 0

Zərdabda ağır yol qəzası:

Zərdab rayonunda ağır yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə rayonun Körpükənd və Burunlu kəndləri arasında qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "Daewoo Nexia" markalı minik avtomobilləri toqquşub.

Nəticədə "Daewoo Nexia"nın sürücüsü, Mingəçevir şəhər sakini Rakif Yunusov hadisə yerində ölüb, hər iki maşında olan 5 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.