Füzulidə raket hissəsi tapılıb (FOTO)


Digərləri 21 İyn 2018 19:39:00 264 0

Füzulidə raket hissəsi tapılıb (FOTO)

500 kv.m əraziyə yerüstü baxış keçirilib.

Bakı. Füzulidə əkin sahəsində raket hissəsi tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 14:54-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Füzuli rayonu, Örənqala qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.