Paytaxtın bu hissələrində qazın verilişində fasilələr olacaq


Digərləri 21 İyn 2018 18:17:23 277 0

Paytaxtın bu hissələrində qazın verilişində fasilələr olacaq

“Qaz İxrac” İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq.

Bakı. Paytaxtın bəzi hissələri və ətraf ərazilərdə təbii qazın verilişində fasilələr olacaq. “Azəriqaz” İB-dən Trend-ə verilən məlumata görə, diametri 720 mm-lik “Qaradağ-Digah” magistral qaz kəmərinin 23-24-cü kilometrlər arasında dayaqlar üzərinə qaldırılması zərurəti ilə əlaqədar, bu gündən təmir işləri tamamlananadək Nəsimi rayonu Tbilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən, Biləcəri qəsəbələrinin və Motodrom adlanan ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.