Göyçayda selin qəzalı vəziyyətə saldığı ev köçürülür FOTO


Digərləri 21 İyn 2018 16:19:00 275 0

Göyçayda selin qəzalı vəziyyətə saldığı ev köçürülür  FOTO

Göyçayda güclü selin uçurduğu körpünün ətrafında yerləşən ev sökülür.

Son.az Trend-ə istinadən xəbər verir ki, Göyçay çayının yaxınlığında yerləşən həmin ev sel zamanı qəzalı vəziyyətə düşüb.

Göyçay çayının səviyyəsinin yüksəlməsi çayın kənarında yerləşən evə təhlükə yaradıb. Nəticədə evdə çatlar əmələ gəlib. Orada yaşayan ailə müvəqqəti olaraq təhlükəsiz əraziyə köçürülüb və qəzalı vəziyyətdə olduğu üçün evin sökülməsinə qərar verilib.


Xəbərə aid fotolar