17 yaşlı qızdan oğlanlara qarşı AĞLASIĞMAZ HƏRƏKƏT: intim əlaqə üçün yanına çağırır, sonra... Bakıda


Digərləri 21 İyn 2018 13:22:00 333 0

17 yaşlı qızdan oğlanlara qarşı AĞLASIĞMAZ HƏRƏKƏT: intim əlaqə üçün yanına çağırır, sonra...  Bakıda

Hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevanın barəsində olan hökmdən prokurorun protesti və müdafiə tərəfinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərarda göstərilib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinnin hökmü ilə İsmayıl Meybullayev 10 il 6 ay, Rəhim Rəhimov 10 il 6 ay, Elnur Balakişiyev 10 il 3 ay, Rakif Xəlilov 14 il, Asiman Məmmədov 10 il 6 ay müddətimə azadlıqdan məhrum edilib.

Yetkinlik yaşına çatmayan Arifə Musayeva şərti cəza alıb.

Prokuror şərti cəza alan Arifə Musayevanın barəsində həbs qərarı çıxarılmasını istəyib.

Həmçinin təqsirləndirilən şəxslər də apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Hakim heyətinin qərarı ilə həm prokurorun protesti, həm də təqsirləndirilən şəxslərin şikayətləri təmin edilməmiş saxlanıb.