Hadı Rəcəbli: "Sosial sığortaya cəlb olunmayan insanlar gələcəkdə əziyyət çəkəcək"


Digərləri 21 İyn 2018 12:50:00 286 0

Hadı Rəcəbli: "Sosial sığortaya cəlb olunmayan insanlar gələcəkdə əziyyət çəkəcək"

Bu gün sosial sığortaya cəlb olunmayan insanlar gələcəkdə əziyyət çəkəcəklər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitənin iclasında komitə sədri Hadı Rəcəbli deyib.

H.Rəcəbli qeyd edib ki, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək lazımdır: "Əmək və əhalinin sosial müdafiəsi naziri burada qeyd etdi ki, Azərbaycanda 1,2 milyon qeyri-formal məşğul insan var. Bu o deməkdir ki, 1,2 milyon insan sığortaya cəlb olunmur və gələcəkdə sığorta ilə pensiya ala bilməyəcək. Nəyə görə sahibkarlar işçilərin sayını gizlədirlər? Ona görə ki, sahibkarların vergi yükü çoxdur. 22 faiz işəgötürən, 3 faiz isə işçi ödəyir".