Rusiya ondan, o da Rusiyadan bezib FOTO


Digərləri 21 İyn 2018 12:27:00 315 0

Rusiya ondan, o da Rusiyadan bezib  FOTO

ABŞ-ın xüsusi xidmət strukturlarının sirlərini və qanunsuz əməllərini faş edən 35 yaşlı amerikalı Edvard Snouden Rusiyadakı həyatından məmnun deyil.

Son.az Daily Mail-ə istinadən bildirir ki, o, 2013-cü ildə ABŞ-ın kəşfiyyat və əks-kəşfiyyat strukturlarının dünyanın bir çox ölkələrində milyonlarla insanı gizli şəkildə izləməsi barədə məlumatları mediaya verilmişdi.

ABŞ-da casusluqda və dövlət əmlakını oğurlamaqda suçlanan Snouden təqiblərdən qurtulmaq üçün Rusiyaya qaçmışdı.

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyində ildə 200 min dollar maaş alan Snouden Rusiyaya qaçandan sonrakı simpozium və mühazirələrdə də bir o qədər pul qazanıb.

Rusiyada onun harada yaşadığı açıqlanmasa da, Snouden guşənişin həyat sürmür, müxtəlif texnoloji və hüquq-müdafiə konfranslarına onlayn qatılır.