“Məşğulluq haqqında” qanun layihəsinə parlamentin plenar iclasında baxılacaq


Digərləri 21 İyn 2018 12:01:00 263 0

“Məşğulluq haqqında” qanun layihəsinə parlamentin plenar iclasında baxılacaq

Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin bu gün keçirilən iclasında “Məşğulluq haqqında” qanun layihəsinə üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Bakı. Elçin Mehdiyev – Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Məşğulluq haqqında” qanun layihəsinə üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Trend-in məlumatına görə, komitə sədri Hadı Rəcəbli bildirib ki, üçüncü oxunuşda qanun layihəsinə bəzi texniki düzəlişlər edilib. Qeyd olunub ki, 37 maddədən ibarət qanun layihəsi məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir.