Daxili İşlər Nazirliyi sürücülərə müraciət etdi


Digərləri 21 İyn 2018 11:18:00 238 0

Daxili İşlər Nazirliyi sürücülərə müraciət etdi

Daxili İşlər Nazirliyi nəqliyyat vasitələri sahiblərinə müraciət edib

Bakı. Samir Əli - Daxili İşlər Nazirliyi nəqliyyat vasitələri sahiblərinə müraciət edib. DİN-dən Trend-ə verilən məlumata görə, müraciətdə deyilir ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də, avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyalar, sənədlər bəzi zəif iradəli, kriminala meyilli şəxslər tərəfindən oğurlana bilər.