Bakıda paradla əlaqədar avtobus marşrutlarının xətti dəyişir


Digərləri 21 İyn 2018 10:34:00 274 0

Bakıda paradla əlaqədar avtobus marşrutlarının xətti dəyişir

26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü münasibətilə keçiriləcək hərbi parad və mərasimin təlim-məşqlərinə hazırlıqla əlaqədar olaraq, Neftçilər prospekti - Azneft dairəsi və ətraf küçələrdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Son.az-a verilən məlumata görə, 24-26 iyun tarixlərində mərasim tam başa çatanadək 1, 2, 4, 5, 6, 18, 21, 32, 46, 65, 88, 125, 175 və H1 (Hava limanı - metronun "28 May" stansiyası ekspress xətti) marşrut xətləri üzrə avtobusların hərəkəti tətbiq ediləcək məhdudiyyətlərə uyğun təşkil ediləcək.

Yusif Nəsirli Son.az