Göygöldə avtomobil aşdı:


Digərləri 21 İyn 2018 10:25:00 233 0

Göygöldə avtomobil aşdı:

Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində "Chevrolit Aveo" markalı avtomobili yolun kənarına aşıb. Nəticədə avtomobilin sürücüsü olan qadın və iki övladı yüngül xəsarət alıb. Onlara tibbi yardım göstərilib. Vəziyyətləri normaldır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.