Zakir Həsənov: "Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə cəbhədəki uğurlarımızla qədəm qoyuruq"


Digərləri 21 İyn 2018 10:29:00 272 0

Zakir Həsənov: "Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə cəbhədəki uğurlarımızla qədəm qoyuruq"

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə cəbhədəki uğurlarımızla qədəm qoyuruq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakı Ali Hərbi Məktəbində məzunların buraxılışına həsr olunmuş tədbirdə deyib.

Nazir qeyd edib ki, qarşıdan çox tarixi bir gün - Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi gəlir:

"Biz bu 100 illiyə yüksək göstəricilərlə qədəm qoyuruq, cəbhədəki uğurlarımızla gəlirik. 2016-cı ilin aprelində düşmənə, onun təxribatına layiqli cavab verdik. Bir neçə gün bundan əvvəl isə Naxçıvan istiqamətində əməliyyat aparıldı, 11 hektar ərazi azad edildi".