Sərhəddə atışma:


Digərləri 21 İyn 2018 10:11:00 334 0

Sərhəddə atışma:

Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədinin Cəlilabad rayonu ərazisində sərhədi pozan şəxslərlə hərbçilər arasında atışma olub.

Son.az APA-ya istinadən xəbər verir ki, sərhədçilərin "Dayan!" əmrinə tabe olmayan sərhəd pozucuları silahlı müqavimət göstəriblər.

Atışma zamanı bir sərhədçi yaralanıb.

Yaralanan sərhədçi - Balakən rayonundan hərbi xidmətə çağırılmış Ramazan Məmməd oğlu Krupov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bir neçə güllə yarası alan R. Krupov üzərində cərrahiyyə əməliyyatı aparılıb.