Zakir Həsənov: Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə cəbhədəki uğurlarımızla qədəm qoyuruq


Digərləri 21 İyn 2018 10:07:00 289 0

Zakir Həsənov: Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə cəbhədəki uğurlarımızla qədəm qoyuruq

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə cəbhədəki uğurlarımızla qədəm qoyuruq.

Bakı. Samir Əli - Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə cəbhədəki uğurlarımızla qədəm qoyuruq. Trend-in məlumatına görə, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakı Ali Hərbi Məktəbində məzunların buraxılışına həsr olunmuş tədbirdə deyib. Nazir qeyd edib ki, qarşıdan çox tarixi bir gün - Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi gəlir: "Biz bu 100 illiyə yüksək göstəricilərlə qədəm qoyuruq, cəbhədəki uğurlarımızla gəlirik. 2016-cı ilin aprelində düşmənə, onun təxribatına layiqli cavab verdik. Bir neçə gün bundan əvvəl isə Naxçıvan istiqamətində əməliyyat aparıldı, 11 min hektar ərazi azad edildi". Qeyd edək ki, 2018-ci ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli hədlər ələ keçirilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin