Ağ Evin müşaviri istefa verdi


Dünya 21 İyn 2018 09:32:00 276 0

Ağ Evin müşaviri istefa verdi

Ağ Evin Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair danışıqlardakı əsas müşavirlərindən biri Andrea Holl istefa verib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti rəsmi mənbəyə istinadən xəbər verib.

Bildirilir ki, A.Holl Ağ Evin kütləvi qırğın silahı sahəsində təhlükəsizlik üzrə müşaviri olub.