ABŞ və Yaponiya baş qərargah rəhbərləri qarşılıqlı fəaliyyəti müzakirə ediblər


Digərləri 21 İyn 2018 02:15:00 448 0

ABŞ və Yaponiya baş qərargah rəhbərləri qarşılıqlı fəaliyyəti müzakirə ediblər

ABŞ qərargah rəisləri komitəsinin sədri Cozef Danford və Yaponiyanın müdafiə qərargahının rəisi Katsutosi Kavano arasında telefon danışığı olub

Bakı. ABŞ qərargah rəisləri komitəsinin sədri Cozef Danford və Yaponiyanın müdafiə qərargahının rəisi Katsutosi Kavano arasında telefon danışığı olub. Trend-in məlumatına görə, tərəflər telefon danışığı zamanı Sinqapur sammitindən sonra Sakit okean regionunda təhlükəsizlik sahəsində cari vəziyyəti və iki müttəfiq arasında davam edən sıx qarşılıqlı fəaliyəti müzakirə ediblər.