Nura Suridən İRAD: "Robot olub getmisiniz, xəbəriniz də yox"


Şou-biznes 20 İyn 2018 23:07:00 489 0

Nura Suridən İRAD: "Robot olub getmisiniz, xəbəriniz də yox"

"Bəzi məsələlərdən baş çıxara bilmirəm. Günü-gündən də xeyli suallar yaranır. Hər gün yazırlar ki, filan meyvə filan dərdin dərmanıdır. Tərəvəz, meyvə, göyərti və s. tərkibində insan orqanizminə lazım olan mineral və vitaminlər var. Bal, doşab da həmçinin... Sonra da kimsə deyir ki, yox e, düzgün qidalanmaq lazımdı. Meyvə və tərəvəzlər karbohidratlardan ibarətdir, çox yeməyin. Yumurta, süd, qatıq və s. yeyin, özü də az yağlı (zulal) olsun. Deməli, arıqlamaq və əzələli bədən üçün orqanizmə lazım olan vitaminlərdən imtina edirsiz və guya sağlam arıqlayıb, qidalanarsız.

Sağlam qida nədi? Ay camaat, beyninizi niyə yorursunuz? Hər deyilən sözə niyə inanırsınız? Niyə istədiyiniz kimi yaşamırsınız?".

Son.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə paylaşıb.

İfaçı süni üsullarla gözəlləşmək əvəzinə düzgün qidalanmağı və təbii üsullara əl atmağı məsləhət görüb:

"Saçınız tökülür müalicə edib, düzgün qidalanmaq əvəzinə parik alırsız. Kirpiklərə qulluq əvəzinə, yalançı tük taxırsınız. Dırnaqlar da həmçinin... Heç düşünmüsüz niyə? Düzgün qidalansanız nə saç tökülər, nə də kirpik".