DÇ-2018: Uruqvay Səudiyyə Ərəbistanına qalib gələrək pley-off mərhələsinə yüksəlib


Digərləri 20 İyn 2018 22:27:28 246 0

DÇ-2018: Uruqvay Səudiyyə Ərəbistanına qalib gələrək pley-off mərhələsinə yüksəlib

Rusiyada futbol üzrə Dünya Çempionatı davam edir.

Bakı. Rusiyada futbol üzrə Dünya Çempionatı davam edir. Trend-in məlumatına görə, nu gün “A” qrupunda yer alan Uruqvay və Səudiyyə Ərəbistanı yığmaları qarşılaşıb. Oyunda yeganə qolu Uruqvay və "Barselona"nın hücumçusu Luis Suarez vurub - 1:0. Beləliklə, Uruqvay yığması iki oyuna 6 xal toplayaraq qrupda ikinci yerdə qərarlaşıb və pley-off mərhələsinə vəsiqəni təmin edib. Xatırladaq ki, ötən gün Rusiya yığması Misir üzərində 3:1 hesablı qələbə qazanaraq 6 xalla qrupda liderdir.