Səudiyyə Ərəbistanı HƏRƏKƏTƏ KEÇDİ: bu ölkə hərbi baza məskəninə çeviriləcək


Dünya 20 İyn 2018 21:59:00 308 0

Səudiyyə Ərəbistanı HƏRƏKƏTƏ KEÇDİ: bu ölkə hərbi baza məskəninə çeviriləcək

Səudiyyə Ərəbistanı tək tərəfli olaraq Qətəri ada ölkəsinə çevirmək planını ehtiva edən layihənin tətbiq edilməsinə çox yaxında start verəcəyini açıqlayıb.

Son.az xəbər verir ki, "Məkkə" qəzetində yer alan məlumata görə, Kral Sarayının məsləhətçisi Süud Əl-Kəhtani "Selva Kanalı" layihəsində təkliflərin təqdim edilməsi üçün son günün bu həftənin bazar günü olduğunu bildirib. O, Qətərin adaya çevrilməsi üçün tətbiq ediləcək layihədən dolayı Səudiyyə xalqını təbrik edib.

Layihənin tətbiqi üçün 5 beynəlxalq şirkətdən Səudiyyə Ərəbistanına təklif göndərilib. Layihəni qazanan şirkət isə təkliflərin son təqdimedilmə tarixindən etibarən 90 gün ərzində elan ediləcək.

Qəzetin xəbərinə görə, sözügedən layihə 1 il içində tamamlanacaq.