Beynəlxalq Muğam Mərkəzində dastan gecələri (FOTO)


Digərləri 20 İyn 2018 20:10:00 318 0

Beynəlxalq Muğam Mərkəzində dastan gecələri (FOTO)

Beynəlxalq Muğam Mərkəzində “Dastan gecələri” adlı möhtəşəm layihə davam edir.

Bakı. Beynəlxalq Muğam Mərkəzində “Dastan gecələri” layihəsi çərçivəsində “Küçə Rza” dastanı təqdim olunub. Trend-in məlumatına görə, layihə Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü, Mərkəzin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilir. Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli çıxış edərək, “Dastan gecələri” adlı layihənin dastan yaradıclığının ,aşıq poeziyasının tamaşaçılara daha geniş və ətraflı şəkildə təqdim edilməsi üçün böyük imkanlar yaratdığını qeyd edib. Aşıq sənəti Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik özünəməxsus hadisəsidir. Bu sənət müxtəlif mərhələlərdən keçib, xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirib. 2009-cu ildə Azərbaycan aşıq sənəti Azərbaycan xalqının mənəvi-mədəni sərvəti kimi YUNESKO-nun “Qeyri-maddi mədəni irs üzrə reprezentiv siyahı”sına daxil edilib. Daha sonra Şirvan aşıqlar birliyinin rəhbəri, Əməkdar mədəniyyət işçisi aşıq Ağamurad Şirvanlının ifasında “Küçə Rza” dastanı tamaşaçılara təqdim olunub.Ağamurad Şirvalını balabanda Əbilxan Şirvanlı, nağarada Hünər Şahalıyev, qoşa-nağarada Zəfər Şahalıyev, qarmonda Nurşirəvan Şahalıyev müşayiət ediblər.