Vüsal Hüseynov: "Azərbaycan digər ölkələrdən gələn qaçqınlara da yardım edir"


Digərləri 20 İyn 2018 18:13:00 297 0

Vüsal Hüseynov: "Azərbaycan digər ölkələrdən gələn qaçqınlara da yardım edir"

Bu gün beynəlxalq təşkilatlar qaçqınlıq problemini yaradan səbəblərdən çox nəticələrə köklənib. İllər üzrə artan statistikanı görürüksə, demək qlobal yanaşmada da dəyişiklər edilməlidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinəin rəisi Vüsal Hüseynov Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, vəziyyətin əsas səbəblərindən biri də ikili yanaşmalar, münaqişələr, güc mərkəzlərinin bu məsələyə laqeyd yanaşmasıdır. V.Hüseynov qeyd edib ki, qlobal səviyyədə səylər nə dərəcədə əhəmiyyətlidirsə, yerli səviyyədə də yanaşma çox əhəmiyyətlidir: