“Mən muğam ifaçısı deyiləm ki, topuqdan geyinəm”


Şou-biznes 20 İyn 2018 17:55:00 333 0

“Mən muğam ifaçısı deyiləm ki, topuqdan geyinəm”

Həyatında mənim kimi gözəl xanım yoxdur deyə belə danışırsan.

Son.az bildirir ki, ARB TV-nin "Sirdaş Rövşanə" verilişinin növbəti qonaqları psixoterapevt Elmir Əkbər, müğənnilər Afaq Aslan, Zeynəb Dostəliyeva, ekstrasens Nadim Əlixanov və jurnalist Bahadur Seyidov olub.  Son.az bildirir ki, verilişinin müzakirə obyekti isə yenə ekstrasenslər olub.  Müğənni Afaq Aslanın "elm adamları adi insanlardan daha çox ekstrasenslərə inanır" ifadəsi efirdə gərginlik yaradıb. Afaqın ekstrasens Nadim Əlixanovun yanına getdiyini və müğənnin şou-biznes sahəsinə gələcəyi, çox populyar olacağı ilə bağlı verdiyi proqnozun düz çıxdığını etiraf  etməsinə, psixoterapevt Elmir Əkbərdən cavab gecikməyib: "Təbii ki, əgər Sovet dövrü olsa idi, siz heç vaxt müğənni ola bilməzdiniz. Bəli, müğənni cəsarətli geyinə bilər, amma konsert verəndə. Studiyaya gələndə yox. Hər anlayışın öz izahı var".  Daha sonra psixoterapevtin bu sözləri müğənnini özündən çıxarıb:  "Muğam ifaçısı deyiləm, xanəndə deyiləm ki, mən topuqdan, yernən sürünən paltar geyinib çıxam efirə. Mən pop-estrada oxuyuram bu bir, ikincisi isə, bizim kişilər niyə bu qədər qısqancdır? Sənin həyatında mənim kimi gözəl xanım yoxdur deyə belə danışırsan".


Xəbərə aid foto