Rövşən Rzayev: "Qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün lazımi tədbirlər görülür"


Digərləri 20 İyn 2018 17:49:37 390 0

Rövşən Rzayev: "Qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün lazımi tədbirlər görülür"

Qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün lazımi tədbirlər görülür.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ümumdünya Qaçqınlar Günü ilə bağlı keçirilən tədbirdə deyib.

R.Rzayev bildirib ki, qaçqın və məcburi köçkünlərin təhsil və məşğulluğu Azərbaycan hökumətinin fəaliyyətində əsas istiqamətlərdən biridir. O qeyd edib ki, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün işlər bundan sonra da davam etdiriləcək.