Ronaldu ikinci pilləyə yüksəlib


Dünya 20 İyn 2018 17:50:00 331 0

Ronaldu ikinci pilləyə yüksəlib

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Mərakeş yığması ilə görüşdə fərqlənməklə yığma komandaları tarixində ən çox qol vuran futbolçular siyahısında irəliləyib. 

Son.az report-a istinadən xəbər verir ki, 33 yaşlı hücuçu yığmada 85-ci qoluna imza atıb. Bununla da Ronaldu 84 qola malik macarıstanlı Ferents Puşkaşı arxada qoyub. O, ikinci pilləyə yüksəlib.