Makedoniya parlamenti ölkənin adının dəyişdirilməsi üzrə Yunanıstanla əldə olunmuş sazişi ratifikasiya edib


Dünya 20 İyn 2018 17:31:54 286 0

Makedoniya parlamenti ölkənin adının dəyişdirilməsi üzrə Yunanıstanla əldə olunmuş sazişi ratifikasiya edib

Əsas müxalifət partiyası parlament iclasını boykot edib

Makedoniya parlamenti ölkənin adının dəyişdirilməsi üzrə Yunanıstanla imzalanmışsazişin ratifikasiyası prosesini başa çatdırıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, Makedoniya parlamentinin üzvləri 120-dən 69 səslə Makedoniyanın Şimali Makedoniya Respublikası adlandırılması ilə bağlı qanun layihəsini təsdiqləyib.

Əsas müxalifət partiyası olan VMRO-DPMNE parlament iclasını boykot edib.

Makedoniyanın baş naziri Zoran Zayev parlament üzvlərinə hər iki ölkə üçün layiqli və məqbul razılıq əldə olunduğunu söyləyib.

Bundan sonraMakedoniyada referendum keçiriləcək və burada vətəndaşlar Afina ilə sazişin lehinə və ya əleyhinə səs verə biləcəklər. Referendumun payızda keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, saziş Afina və Skopye arasında uzun illərdir davam edən mübahisəni bitirməyə imkan verir. Belə ki, Yunanıstan tərəfi Makedoniya Respublikasının adının Yunanıstanın Makedoniya vilayətinin adı ilə oxşar olduğunu əsas gətirərək bu addan razı deyildilər.

Bu məsələnin həlli Makedoniyanın gələcəyi üçün prinsipial əhəmiyyət kəsb edir. Çünki sazişin qüvvəyə minməsindən sonra Yunanıstan tərəfinin Makedoniyanın Avropa İttifaqına və NATO kimi birliklərə qoşulma prosesinə maneə törətməyəcəyi gözlənilir.