Münbiçin terrorçulardan təmizlənməsinin ikinci mərhələsi başladı


Dünya 20 İyn 2018 17:27:00 256 0

Münbiçin terrorçulardan təmizlənməsinin ikinci mərhələsi başladı

Türkiyə Silahlı Qüvvələri terrorçu PKK/YPG-PYD-nin işğalı altında olan Suriyanın Münbiç bölgəsinin terrorçulardan təmizlənməsinin ikinci mərhələsinə başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, Türkiyə ordusuna aid zirehli texnika "Fərat qalxanı" hərəkatı nəticəsində terrorçulardan təmizlənən Cerablus rayonu ilə Münbiç arasındakı cəbhə xəttini bir-birindən ayıran Sacu çayı yaxınlığına yerləşdirilib.

Türkiyə Silahlı Qüvvələri ABŞ hərbçiləri ilə birlikdə eyni zamanda Suriyanın Dadat rayonu qarşısında patrul xidməti həyata keçirir.