OPEK neft hasilatının azaldılması siyasətinin yumşaldılmasını müzakirə edə bilər


Dünya 20 İyn 2018 16:33:00 299 0

OPEK neft hasilatının azaldılması siyasətinin yumşaldılmasını müzakirə edə bilər

OPEK üzv ölkələrinin və quruma daxil olmayan ölkələrin nazirlərinin Birgə monitorinq komitəsinin 9-cu iclasında neft hasilatının azaldılması siyasətinin yumşaldılması müzakirə oluna bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

P.Şahbazovun sözlərinə görə, nəzərə almaq lazımdır ki, bu sahədə vəziyyət dəyişib:

"Dünya neft ehtiyatları azalır, xüsusilə kəskin azalma son müddətdə baş verib. Biz mütləq bunu nəzərə almalıyıq. Ehtimal etmək olar ki, iclas zamanı hasilatın azaldılması siyasətinin yumşaldılması üzrə məşvərətlər keçiriləcək".

Nazir əlavə edib ki, son dövrlərdə OPEK+ formatında çox səmərəli əməkdaşlıq formalaşıb: