Rozanın geri qaytardığı maşının aqibəti... "İnsanlar niyə narahat olur?"


Şou-biznes 20 İyn 2018 14:35:00 274 0

Rozanın geri qaytardığı maşının aqibəti...   "İnsanlar niyə narahat olur?"

"Məgər maşının aqibəti insanları o qədərmi narahat edir?"

"Bilirsiz ki, şounun finalından sonra "MG"nin əməkdaşları bayram tətilinə ayrıldı. Mən elə bilirdim ki, maşının aqibəti 10-15 günə həll olunacaq. Amma 1 ay, 1 ay yarım ərzində "MG"nin rəhbəri Murad Dadaşov tərəfindən açıqlama veriləcək. Maşının həlli barədə məsləhətləri bərabər aparacağıq". 

Son.az bildirir ki, bu sözləri qafqazinfoya açıqlamasında müğənni Roza Zərgərli deyib. Sənətçi layihəni ərsəyə gətirən "MG" Pordakşınla danışıqlar apardığını bildirib: 

"Müqaviləyə əsasən, mən maşını nə sata, nə kiməsə hədiyyə verə, nə də xeyriyyə məqsədi ilə istifadə edə bilərdim. Ya maşının aqibəti üçün "Nissan"a, ya da "MG"yə müraciət etməli idim. Murad Dadaşov mənə daha yaxın olduğu üçün onlara həvalə etdim. Bu il, həmçinin Dadaşovun rəhbər olduğu prodakşının 15 illiyidir.