Klublarımızın Avropa Liqasında rəqibləri müəyyənləşdi


Digərləri 20 İyn 2018 14:14:38 251 0

Klublarımızın Avropa Liqasında rəqibləri müəyyənləşdi

UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkatması keçirilib.

Bakı. Bu gün İsveçrənın Nyon şəhərində UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkatması keçirilib. Trend-in məlumatına görə, püşkatmanın nəticəsinə əsasən Azərbaycan kubokunun sahibi "Keşlə" bu mərhələdə "Baltsan" (Malta) komandası ilə qarşılaşacaq. Azərbaycan çempionatının gümüş mükafatçı "Qəbələ" Lüksemburqun "Proqres" (Niderkorn), çempionatı 3-cü yerdə başa vurmuş "Neftçi" isə "Uypeşt" (Macarıstan) klubu ilə üz-üzə gələcək.