Qaçaqmalçılıq yolu ilə ölkəyə qanunsuz malların gətirilməsinin qarşısı alınıb FOTO


Digərləri 20 İyn 2018 12:36:00 352 0

Qaçaqmalçılıq yolu ilə ölkəyə qanunsuz malların gətirilməsinin qarşısı alınıb  FOTO

Tovuz Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Bu barədə Son.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı, həmin nəqliyyat vasitəsinin arxa təkərlərinin içərisində Çin istehsalı olan 10 ədəd "Fuua", 30 ədəd "X-inova", 20 ədəd "Kibosun", 10 ədəd "ZHT", 5 ədəd "Sunelen" və 5 ədəd "B110" markalı mobil telefonlar, həmçinin 30 ədəd qidalandırıcı qurğu aşkara çıxarılıb.


Xəbərə aid fotolar