Bakı məktəblərinin I sinfə şagird qəbulunun II mərhələsi başlayıb


Digərləri 20 İyn 2018 12:23:00 313 0

Bakı məktəblərinin I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

Bakıda ümumi təhsil məktəblərində 2018-2019-cu dərs ili üçün I sinfə şagird qəbulunun II mərhələsinə start verilib.

Son.az xəbər verir ki, bu barədə report-a Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. 

Bildirilib ki, indiyədək I sinfə şagird qəbulu ilə bağlı elektron sistem vasitəsilə 42 000-dən çox uşaq qeydiyyatdan keçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 85 faizindən çoxdur.

İkinci mərhələdə valideynlər müvafiq qaydalara uyğun olaraq, mektebeqebul.edu.az elektron sistemi vasitəsilə I sinfə qəbul üzrə sorğu yerləşdirə bilərlər. Bundan sonra, valideynlər övladlarının sənədlərini 20 iyun-18 sentyabr 2017-ci il tarixlərində (iyul ayı istisna olmaqla) məktəbə təqdim etməlidirlər.