Aqrar sığorta haqqında yeni qanun nə vaxt qəbul olunacaq?


Digərləri 20 İyn 2018 11:24:00 282 0

Aqrar sığorta haqqında yeni qanun nə vaxt qəbul olunacaq?

Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında yeni qanun layihəsi ilin sonunadək qəbul edilə bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov "Azərbaycanda sığorta: Yeni perspektivlər" adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, qanun layihəsi artıq hazırdır və baxılması üçün ölkə hökumətinə göndərilib:

"Qanun layihəsi tam hazırdır və baxılma mərhələsindədir. Ümid edirəm ki, Milli Məclis ilin sonunadək yeni qanunu təsdiq edəcək".