Piyadanı vuran kişi vicdan əzabına dözməyib özünü asdı


Dünya 20 İyn 2018 10:34:00 404 0

Piyadanı vuran kişi vicdan əzabına dözməyib özünü asdı

İstanbuldan bayram tətili üçün gəldiyi Samsunda qonşunu xəstəxanaya apararkən avtomobili ilə vurduğu tələbəni ağır yaralayan yaşlı kişi addımı ilə hər kəsi dəhşətə gətirib.

Son.az  Haberler-ə istinadən xəbər verir ki, 65 yaşlı Recep Işık tələbə Barış Demiri maşını ilə vurduqdan sonra ağır yaralanan gənc xəstəxanaya çatdırılıb.

Qəzanın şokunu üzərindən ata bilməyən Recep Işık "Mən bu qəzanı necə etdim, niyə görmədim?" deyərək depressiyaya düşüb.

Tez-tez xəstəxana ilə əlaqə saxlayıb yaralı gəncin vəziyyətini həkimlərdən soruşan 65 yaşlı kişi tələbənin sağlamlığının təhlükədə olduğunu öyrənincə bir məktub yazaraq 2 mərtəbəli mənzilin damında özünü asıb. R.I səhərə yaxın qohumları tərəfindən tapılıb. 


Xəbərə aid fotolar