"Azərbaycan ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdir"


Digərləri 20 İyn 2018 09:58:00 260 0

"Azərbaycan ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdir"

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələrlə keçirilən səhra məşğələlərinin gedişini izləyib.

Son.az APA-ya istinadən xəbər verir ki, Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin üçüncü kurs kursantlarının taktiki məşğələlərinin keçirildiyi taktiki qüllədəki tədris sinfində olub. 

"Mexanikləşdirilmiş tağım hücumda" mövzusu üzrə məşğələnin keçirilmə planına uyğun olaraq, kursantlar tağım və manqa komandirləri rolunda çıxış edib, məşğələ zamanı yaradılmış taktiki vəziyyətə uyğun hərəkət ediblər.

Sonra müdafiə naziri snayperlərin hazırlığı mərkəzinin atış sahəsində praktiki atışların təşkili və icrasını izləyib, motoatıcı, tank artilleriya bölmələrinin hazırlığını izləyib.