Qaradağda 2 ədəd M14 raketi tapılıb FOTO


Digərləri 20 İyn 2018 07:28:00 306 0

Qaradağda 2 ədəd M14 raketi tapılıb  FOTO

Qaradağ rayonunda mərmi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata görə, 2018-ci il 19 iyun tarixində saat 14:04-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətindən və saat 14:05-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Şirvan Milli Parkının ərazisinə baxış keçirilib.


Xəbərə aid fotolar