Balıqqulağı ilə hazırlanan möhtəşəm ev əşyaları FOTO


Digərləri 20 İyn 2018 07:21:00 653 0

Balıqqulağı ilə hazırlanan möhtəşəm ev əşyaları  FOTO

Yay aylarında dənizə gedənlər sahildəki balıqqulaqlarına biganə qala bilmirlər. Rəngarəng və müxtəlif formalardakı balıqqulaqları gözəlliyi ilə hamının nəzərini cəlb edir.

Bəs balıqqulaqlarından eviniz üçün sevimli və dəbli əşyalar və bəzəklər hazırlaya biləcəyinizdən xəbəriniz var?

Son.az bir neçə nümunə təqdim edir:

Balıqqulaqlarını ucu qızdırılmış şiş bir alətlə deşin. Şəffaf dırnaq boyası çəkib qurumasını gözləyin. Daha sonra ipə düzün. Aralarına düyüm atmağı unutmayın. Beləliklə balkonunuza çox yaraşacaq aksessuar əldə etmiş olacaqsınız.

Adi mətbəx əşyalarını balıqqulağı ilə bəzəyə bilərsiniz. Məsələn, forması qəşəng olan şüşələrin ağzını balıqqulağı ilə bəzəyə bilərsiniz.


Xəbərə aid fotolar