Ana bətnindəki körpələr üzərində MARAQLI ARAŞDIRMA


Digərləri 20 İyn 2018 07:07:00 379 0

Ana bətnindəki körpələr üzərində MARAQLI ARAŞDIRMA

Markesa İnstitutundan olan ispan alimlərin maraqlı araşdırması nəticəsində məlum olub ki, yer üzündə ilk dil məhz musiqi olub.

Son.az xəbər verir ki, bir qrup ispan alimi hamiləliyin 18-38 həftələri arasında olan qadınların iştirakı ilə maraqlı araşdırma aparıb. Araşdırmada iştirak edən qadınların bətnində olan körpələrə göbəkboşluğundan müxtəlif janrda musiqilər fərqlkiaranjemanda dinlədilib. Təxminən 15 müxtəlif üslubda musiqi dinlədildikdən sonra yalnız bir janrda səslənən musiqilərə 300-dən çox rüşeym reaksiya verib.

Alimlər bu həftələr arasında ana bətnində olan körpələrin klassik musiqiyə kəskin reaksiya verdiklərini deyiblər:

"Araşdırma zamanı müxtəlif janrlarda fərqli musiqilər dinlətdik. Yalnız klassik janra reaksiya ala bildik. Xüsusilə Mozart, Bax və Betxoven musiqilərinə aktiv reaksiya təsbit etsək də, Adel, Şakiranın ifalarına da tərpənişlər sezdik".